• Bakı 22° C

    1.36 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Lerikdə dağ-meşə ərazisində YANĞIN

HADİSƏ

09 Dekabr 2021 | 14:33 | Müəllif: Subhan Mahmudov

Lerikdə dağ-meşə ərazisində YANĞIN

Lerikdə dağ-meşə ərazisində yanğın olub.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonun Brkandul kəndi yaxınlığında dağ-meşə ərazisində təqribən 1 ha sahədə xəzəl və qurumuş ağac kötükləri yanıb. Ərazinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın FHN-in yanğından mühafizə bölmələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən söndürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026