Ötən gün Laçında baş verən qəzada ölənlər ailə üzvləri olub.
Bakıvaxtı.az-ın məlumatına görə, Laçın rayon Qarakeçdi kəndi ərazisində baş qəzada ölənlər - avtomobilin sürücüsü keçmiş polis əməkdaşı Mahir Abdullayev, onun həyat yoldaşı Şəhla Novruzova və qadının bacısı Xədicə Novruzovadır.
Avtomobildə xəsarət alaraq xəstəxanaya yerləşdirilən isə M.Abdullayevanın qardaşı qızı Abdullayeva Ramilədir.
Qeyd edək ki, ailə üzvləri öz doğma yurdlarından, Laçının Hacıxanlı kəndindən qayıdırmış./Qafqazinfo
***26.07.2025. 22:17
Laçında bir neçə nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Qarakeçdi kəndində baş verib.
Belə ki, Mahir Abdullayevin idarə etdiyi “Mersedes” markalı avtomobil aşıb. Hadisə nəticəsində sürücü, habelə sərnişinlər; Şəhla Novruzova və Xədicə Novruzova ölüb. Avtomobildə olan digər sərnişin Ramilə Abdullayeva isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralı xəstəxanaya çatdırılıb.
Fakt araşdırılır./Report





jpg-1756186723.webp)










