• Bakı 18° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Ağdərədə meşəlik ərazidə yanğın başlayıb

HADİSƏ

25 Avqust 2025 | 20:07 | Müəllif: Gülşən Şərif

Ağdərədə meşəlik ərazidə yanğın başlayıb

 Ağdərədə növbəti dəfə yanğın hadisəsi qeydə alınıb.

Bakıvaxtı.az-ın məlumatına görə, rayonun Sırxavənd kəndi ərazisində yerləşən meşəlik ərazidə anidən yanğın başlayıb.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tərtər rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürmə texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Bundan başqa əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR