• Bakı 16° C

    1.86 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Kəşfiyyatçı "Xanı" minaya düşərək HƏLAK OLDU - YENİLƏNİB

HADİSƏ

23 Sentyabr 2025 | 20:09 | Müəllif: Subhan Mahmudov

Kəşfiyyatçı "Xanı" minaya düşərək HƏLAK OLDU - YENİLƏNİB

Səyyaf Əhmədov minalardan təmizlənməmiş qəbiristanlıq ərazisində həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Qeyd olunub ki, bu gün Ağdam rayonunun Mirəşelli kəndi ərazisində mina hadisəsi baş verib.

Məlumata görə, 1971-ci il təvəllüdlü Baharlı kənd sakini Əhmədov Səyyaf Fiqan oğlu minalardan təmizlənməmiş qəbiristanlıq ərazisində mina partlayışı nəticəsində həlak olub.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

***18:51

Kəşfiyyatçı Xanı kimi tanınan Səyyaf Əhmədov minaya düşərək həlak olub.

Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Ağdam rayonun Mirəşelli kəndinin keçmiş neytral sahəsində baş verib.

Hazırda aidiyyəti qurumlar hadisə yerinə cəlb olunaraq onun nəşinin ərazidən çıxarılmasına çalışırlar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Oktyabr 2026
03 Oktyabr 2026