• Bakı 13° C

    6.88 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Koronavirusla bağlı BƏDBİN PROQNOZ 

DÜNYA

04 Aprel 2021 | 10:57

Koronavirusla bağlı BƏDBİN PROQNOZ

Bu gün bütün dünyanı maraqlandıran suallardan biri də peyvəndlənmə proesinin nə qədər davam edəcəyidir.

Bakıvaxtı.az  "World in Data"ya istinadla xəbər verir ki, hazırda 138 ölkədə təxminən 565 milyon dozada peyvəndlənmə həyata keçirilib. Bir gün ərzində isə 13.9 milyon insan peyvəndlənib.

Bu rəqəmlər ilk baxışda yüksək görünür. Lakin 7.8 milyardlıq dünya əhalisi üçün bu rəqəm çox cüzidir. Odur ki, mütəxəssislər peyvəndləmə prosesinin daha uzun sürəcəyini proqnozlaşdırırlar. Onlar bildirir ki, bu sürətlə davam edərsə, dünya əhalisinin peyvəndlənmə prosesinin 3 il və daha artıq davam edəcəyi gözlənilir.

Dünyaca məşhur "Economist" dərgisində yer alan məlumata görə, inkişaf etmiş ölkələrdə peyvəndlənmə 2022-ci ilin ortalarında, orta gəlirli ölkələrdə 2022-ci ilin sonu, yoxsul ölkələrdə 2023-cü ilin əvvəllərində başa çatacaq. Daha yoxsul ölkələrdə isə bu prosesin 2024-cü ilədək davam edəcəyi ehtimal olunur.(publika.az)

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026