• Bakı 23° C

    4.51 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

"Koroğlu"da hərəkətin təşkilində dəyişiklik edildi - Yeni qayda

CƏMİYYƏT

11 Sentyabr 2026 | 11:33 | Müəllif: Əli Hüseynov

"Koroğlu"da hərəkətin təşkilində dəyişiklik edildi - Yeni qayda

Metro xətlərinin ayrılması layihəsi ilə əlaqədar təşkil edilən M4 və M6 nömrəli ekspres avtobusların "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzinə rahat və maneəsiz daxil olmasını təmin etmək məqsədilə metronun şimal çıxışında - "Atletlər kəndi" istiqamətində dəyişiklik edilib.

Bu barədə Bakıvaxtı.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, indiyədək ərazidə mövcud olan "cib" tipli dayanacaqlardan biri müntəzəm avtobusların, digər ikisi isə minik avtomobillərinin sərnişinləri mindirib-düşürməsi üçün istifadə olunurdu:

"Hazırda ekspres avtobusların "Koroğlu" metrostansiyasının qarşısında rahat hərəkətinin təmin edilməsi məqsədilə 2-ci "cib" yalnız ekspres marşrutları üçün ayrılıb və həmin hissədə avtobus zolağı təşkil edilib. Ərazidə müvafiq yol nişanları quraşdırılıb, nişanlanma xətləri çəkilib.

Həyata keçirilən dəyişiklik nəticəsində vahid ərazidən istifadə edən ekspres və müntəzəm avtobusların nizamlı fəaliyyəti və sərnişin axınlarının ayrılması təmin edilib.

Sərnişinlərin metro stansiyasına təhlükəsiz keçidinin təmin edilməsi məqsədilə piyada keçidi təşkil edilib".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026