• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Kliçko: “Əldə silah Kiyevin müdafiəsinə qoşulacağam”

DÜNYA

25 Fevral 2022 | 18:01 | Müəllif: Subhan Mahmudov

Kliçko: “Əldə silah Kiyevin müdafiəsinə qoşulacağam”

Kiyev meri Vitali Kliçko əldə silah şəhərin müdafiəsinə qoşulacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Vitali Kliçko “Good Morning Britain” tok-şousunun efirində çıxışı zamanı bildirib.

“Bu artıq qanlı müharibədir. Mənim seçim şansım yoxdur. Bunu etməliyəm. Vuruşacağam”, - deyə o qeyd edib.

V.Kliçko ölkədə demokratiya və suverenliyi qoruyacağını bildirib.

“İndi Putin hərbi ritorikadan istifadə edir. O, aydın şəkildə göstərir ki, Ukrayna dövlətini, vətəndaşlarının suverenliyini məhv etmək istəyir. Bu sözlərin ardınca atəş və tanklar gəlir. Biz dağıntılar və ölümü yaşayırıq. Biz bütün vasitələrlə müdafiə olunacaq, azadlıq və demokratiya uğrunda mübarizə aparacağıq”, - deyə o vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026