Braziliyada koronavirus peyvəndi ilə bağlı araşdırma zamanı keçmiş prezident Jair Bolsonaronun evinə basqın edilib. Yanvar ayında tərəfdarlarının seçki nəticələrinə etiraz edərək konqres binasına basqın etməsindən sonra ABŞ-a gedən Bolsonaronun peyvənd qeydlərini saxtalaşdırmış ola biləcəyi iddia edilir.
Bakıvaxtı.az xəbər verir ki, koronavirus dövründə peyvənd əleyhinə çıxışı ilə gündəmə gələn sabiq Braziliya prezidenti Jair Bolsonaro “Mənə peyvənd vurulmayıb. Pfizer broşürasını oxuduqdan sonra bu, şəxsi qərar idi. Həyat yoldaşımın peyvənd kartının da şəkli çəkilib. ABŞ-da Janssen peyvəndi vurdurdum. 12 yaşlı qızım da səhhətindən arayış olduğu üçün peyvənd olunmadı. Beləliklə, bu axtarış və ələ keçirmə məni çox təəccübləndirdi” deyib.
Lakin Braziliyadakı rəsmi qeydlər keçmiş prezidentin 2021-ci ildə peyvənd edildiyini ortaya qoyub. Tərəfdarlarının seçki nəticələrinə etirazları ilə konqres binasına basqın etdikdən sonra ABŞ-a gedən Bolsonaronun ABŞ-a getmək üçün peyvənd qeydlərini saxtalaşdırdığı iddia edilir.
Ay Tac





jpg-1685795754.webp)

jpg-1685792627.webp)








