"İsrailin ölüm hökmünü yalnız fələstinli məhbuslara tətbiq etmək qərarı "aparteid"ə bərabərdir və qanunu irqçi faşizm alətinə çevirir".
Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Bu, ayrı-seçkilikdir, irqçilikdir. İsrail 1994-cü ildə Cənubi Afrikada devrilmiş aparteid rejimindən daha pis bir sistem tətbiq edir. İsrail parlamentinin fələstinli məhbuslara ölüm hökmü tətbiq etmək qərarı, mahiyyət etibarilə, Hitlerin yəhudilərə qarşı siyasətindən fərqlənmir", - deyə o bildirib.
Bakı 




