• Bakı 23° C

    0.59 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

İşdən çıxarılan icra başçısı kimdir? - DOSYE

SİYASƏT

15 Sentyabr 2026 | 16:15 | Müəllif: Əli Hüseynov

İşdən çıxarılan icra başçısı kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Ayaz Nəriman oğlu Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Bakıvaxtı.az-ın Unikal-a istinadən məlumatına görə, Ayaz Əsgərov 1964-cü ildə Tovuz rayonu, Qovlar qəsəbəsində anadan olub. Ali təhsillidir.

1989-cu ildə Moskva Ət və Süd Məhsullarının Texnologiyası İnstitutunu, 2006-cı ildə isə Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib. 1989-2006-cı illərdə müxtəlif vəzifələrdə işləyib.

2006-2011-ci illərdə Bakı şəhəri, Nəsimi Rayonu İcra Hakimiyyəti başçısının müavini vəzifəsində, 6 oktyabr 2011-ci il tarixindən  19 may 2016-ci il tarixinədək Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Qazax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

19 may 2016-cı il tarixdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR