İslam İnkişafı Bankı Qrupu (IsDB) Azərbaycanda həyata keçirdiyi layihələrlə vətəndaşların həyat şəraitinin yaxşılaşdırılmasına və icmaların bərpasına töhfə verir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycana səfərdə olan IsDB Qrupunun sədri Muhammad Al Jasser iqtisadiyyat naziri Mikayil Cabbarovla görüşü zamanı bildirilib.
Sədr qeyd edib ki, IsDB azad edilmiş ərazilərdə layihə həyata keçirən ilk beynəlxalq maliyyə institutu olub və bu, onun münaqişədən sonrakı bərpa prosesində aparıcı rolunu göstərir.
Onun sözlərinə görə, Azərbaycanla əməkdaşlıq artıq müsbət nəticələr verib və azad edilmiş ərazilərdə planlaşdırılan ikinci layihə infrastruktur və kənd təsərrüfatının inkişafını gücləndirəcək, eyni zamanda məcburi köçkün ailələrin öz evlərinə və dolanışıq mənbələrinə qayıdışı üçün yeni imkanlar yaradacaq.
Bakı 




