Hörmüz boğazı beynəlxalq naviqasiya üçün açıqdır, lakin bu qayda İranla müharibə vəziyyətində olan ölkələrə şamil deyil.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Arakçı çinli həmkarı Van Yi lə telefon danışığı zamanı bildirib.
Nazirin sözlərinə görə, boğazdan keçid təhlükəsizdir və müharibədə iştirak etməyən bütün ölkələrin gəmiləri sərbəst hərəkət edə bilər:
“Hörmüz boğazı açıqdır, lakin İranla müharibə vəziyyətində olan dövlətlər bu siyahıya daxil deyil”.
Arakçı həmçinin Çinə göstərdiyi təcili humanitar yardıma görə təşəkkür edib və Tehranın müvəqqəti deyil, hərtərəfli atəşkəsə nail olmağa çalışdığını vurğulayıb. /Axar.az
Bakı 




