• Bakı 19° C

    5.65 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

İranda spirtli içkidən kütləvi zəhərlənmə: ölənlər var

DÜNYA

29 Sentyabr 2024 | 18:20 | Müəllif: Subhan Mahmudov

İranda spirtli içkidən kütləvi zəhərlənmə: ölənlər var

İranın şimalında yerləşən Gilan vilayətinin Rəşt şəhərində saxta spirtli içkidən istifadə nəticəsində 4 nəfər ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İranın Gilan vilayəti Tibb Elmləri Universitetinin rektoru Məhəmməd Tağı Aşubi məlumat verib.

Onun sözlərinə görə, ölənlər 22-40 yaşları arasında şəxslərdir və etanol və yaxud metanoldan istifadə nəticəsində zəhərləniblər.

Aşubi bildirib ki, ümumilikdə Rəşt şəhərində saxta içkilərdən istifadə nəticəsində 20 nəfər zəhərlənib. Onlardan 6 nəfərinin vəziyyəti ağırdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Oktyabr 2026