• Bakı 22° C

    5.86 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

Ərdoğan Kobaxidzeni təbrik etdi

DÜNYA

29 Oktyabr 2024 | 17:02

Ərdoğan Kobaxidzeni təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni “Gürcü arzusu” partiyasının parlament seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.

Bakıvaxtıa.az xəbər verir ki, bu barədə məlumatı Gürcüstan hökuməti administrasiyasının Mətbuat xidməti yayıb. 

“Ümid edirəm ki, seçkilərin nəticələri Gürcüstan xalqına və regionumuza uğur gətirəcək. Gürcü xalqının iradəsini əks etdirən seçkilərin sakit və təhlükəsiz şəraitdə keçməsi sevinc doğurur”, - deyə Türkiyə liderinin təbrik məktubunda qeyd olunub. 

Xatırladaq ki, Gürcüstanın hakim “Gürcü arzusu” partiyası oktyabrın 26-da keçirilən seçkilərdə məntəqələrin 99,97 faizinin nəticələrinə əsasən 53,93 faiz səs toplayaraq qalib gəlib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Oktyabr 2026