Meriç çayında davam edən metal hasar tikintisini yoxlayan Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis sərhədə daha 150 mühafizəçinin cəlb ediləcəyini bildirib.
Bakıvaxtı.az xəbər verir ki, Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis hökumət adından 28 oktyabr qeyd etmə mərasimlərində iştirak etmək üçün Qərbi Trakiyanın Aleksandrupolis vilayətinə səfər edib.
Gerapetritis qatıldığı mərasimlərdən sonra Meriç sərhəddində tikilmiş metal hasara baxıb.
O, verdiyi açıqlamada əlavə 150 sərhədçinin işə götürüləcəyini və bu sərhədçilərin hazırda 450 sərhədçinin xidmətdə olduğu bölməyə daxil ediləcəyini açıqlayıb.
Əli Hüseynov









jpg-1732794705.webp)

jpg-1732793084.webp)



