• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İngiltərədə avtomobil istehsalı azalır

İQTİSADİYYAT

26 Sentyabr 2024 | 10:32 | Müəllif: Gülşən Şərif

İngiltərədə avtomobil istehsalı azalır

Artıq 6 aydır ki, Böyük Britaniyada avtomobil istehsalı azalmağa doğru gedir.

Bakıvaxtı.az "The Guardian"a istinadən xəbər verir ki, bu, Britaniya Motor İstehsalçıları və Ticarətçiləri Cəmiyyətinin (SMMT) verdiyi açıqlamada yer alıb.

Açıqlamaya görə, avtomobil istehsalı avqust ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4 faiz azalaraq 41 271 ədədə çatıb. Elektrikli, plug-in hibrid və hibrid modelləri əhatə edən "EV" istehsalı da sözügedən ayda azalıb və  ümumi istehsaldakı payı 37,5%-dən 29,6%-ə düşüb.

Məlumata əsasən, avtomobil istehsalının azalmasının başlıca səbəbi fabriklərin daha yeni modellərə keçməyə hazırlığı ilə bağlıdır. Sənaye qurumu yeni modellərin bazara çıxması ilə uzunmüddətli perspektivdə azalmanın sona çatacağını bildirib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026