Pakistanın Baş naziri İmran Xan Azərbaycanı ərazilərini Ermənistanın işğalından azad etməsi münasibətilə təbrik edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Pakistan lideri İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) videokonfrans formatında keçirilən Zirvə toplantısında çıxışı zamanı deyib.
“Mən, xüsusilə Azərbaycanın işğal olunmuş ərazilərinin uğurla azad edilməsi münasibətilə Prezident İlham Əliyevi təbrik edirəm”, - Baş nazir bildirib.(azvision.az)
















