Xəbər verdiyimiz kimi, aparıcı İlham Mirzəyev səhhətində yaranan problemlə əlaqədar xəstəxanaya yerləşdirilib.
Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Mərkəzi Klinik Xəstəxanadan bildirilib ki, hazırda aparıcının vəziyyəti ağır-stabil olaraq qiymətləndirilir.
"İlham Mirzəyev sol mədəciyin ön divarının miokard infarktı və kardiogen şok vəziyyətində xəstəxanaya qəbul olunub. O, kardioreanimasiya şöbəsindədir və kompleks müalicəsi davam etdirilir".
Qeyd edilib ki, xəstəyə angioplastika icra olunub və stent implantasiya edilib.
Vurğulanıb ki, məlumat saat 11:30-a olan vəziyyəti əks etdirir.
Zeynəb Rzayeva
















