• Bakı 13° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

İlham Əliyev 7 dekabrda Nikol Paşinyanla görüşəcək? 

SİYASƏT

25 Noyabr 2022 | 12:47

İlham Əliyev 7 dekabrda Nikol Paşinyanla görüşəcək?

"Dekabrın 7-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan ilə nəzərdə tutulan görüş keçirilməyəcək".

Bakıvaxtı.az  xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.

“Dekabrın 7-də Brüsseldə görüşün keçirilməsi nəzərdə tutulurdu. Lakin dünən Hikmət Hacıyev mənə məlumat verdi ki, onunla Şarl Mişelin ofisindən əlaqə yaradılıb. Bildirilib ki, Ermənistanın baş naziri həmin görüşə yalnız orada Fransa Prezidenti Emmanuel Makronun iştirak edəcəyi təqdirdə razılıq verə bilər. Bu isə o deməkdir ki, həmin görüş baş tutmayacaq”, - dövlət başçısı bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR