• Bakı 7° C

    1.09 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

İki gündə 70 kq-dan çox narkotik  götürüldü

CƏMİYYƏT

06 Fevral 2023 | 10:02

İki gündə 70 kq-dan çox narkotik götürüldü

Polis əməkdaşlarının fevralın 4-də və 5-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 70,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 52,4 kiloqrama yaxın heroin, 7,2 kiloqramdan çox marixuana, 41 qram tiryək, həmçinin 10,5 kiloqramdan çox metamfetamin olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR