• Bakı 22° C

    5.14 m/s

II Qareginin məhkəmə tarixi açıqlandı

DÜNYA

10 Sentyabr 2026 | 10:05 | Müəllif: Günəş Mərd

II Qareginin məhkəmə tarixi açıqlandı

Bütün ermənilərin katolikosu II Qaregin və Ermənistan Apostol Kilsəsinin Ali Ruhani Şurasının altı üzvü ilə bağlı cinayət işi üzrə məhkəmə iclası sentyabrın 18-nə təyin edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan Cinayət Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

İşə Armavir vilayətinin Birinci İnstansiya Ümumi Yurisdiksiya Məhkəməsinin hakimi Serj Ruşanyan baxacaq. Ermənistanın Kassasiya Məhkəməsi işin Armavir vilayətinin məhkəməsində araşdırılmalı olduğu barədə qərar qəbul edib.

Cinayət işi II Qareginin yepiskop Gevork Saroyanın Masyatsotn yeparxiyasının rəhbəri vəzifəsindən azad edilməsi ilə bağlı qərardan sonra yaranıb. Saroyan qərardan məhkəməyə şikayət edib və məhkəmə yekun qərar qəbul edilənədək onun vəzifəsində qalmasını təmin edən tədbir görüb. İstintaq isə həmin məhkəmə qərarının icrasına maneə yaradıldığını iddia edir.

II Qaregin və altı yepiskop Ermənistan Cinayət Məcəlləsinin məhkəmə aktının icrasına mane olma ilə bağlı maddəsi üzrə ittiham olunurlar. Onlar ittihamları qəbul etmir və məsələnin Ermənistan Apostol Kilsəsinin daxili işlərinə aid olduğunu bildirirlər.

İş əvvəlcə Armavir vilayətinin məhkəməsinə təqdim edilib. Daha sonra müxtəlif hakimlər arasında bölüşdürülüb və yurisdiksiya məsələsi ilə bağlı Yerevan məhkəməsinə göndərilib. Nəticədə Kassasiya Məhkəməsi işin yenidən Armavir məhkəməsində araşdırılmasına qərar verib.

Murad İsmayıl 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026