Hörmüz boğazında İranın Qeşm adası yaxınlığında azı iki partlayış baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.
Məlumata görə, partlayış səsləri Qeşm adası yaxınlığında Hörmüz boğazı istiqamətindən eşidilib.
İranın rəsmi qurumları partlayışlarla bağlı məlumatı hələlik şərh etməyiblər. Hadisənin səbəbi və mümkün fəsadları barədə də məlumat verilməyib.
















