• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

HƏMAS Beyrutda 7 nümayəndəsinin öldürüldüyünü açıqladı

DÜNYA

03 Yanvar 2024 | 00:44 | Müəllif: Subhan Mahmudov

HƏMAS Beyrutda 7 nümayəndəsinin öldürüldüyünü açıqladı

İsrailin dron hücumu nəticəsində Livanın paytaxtı Beyrutda HƏMAS-ın yüksəksəviyyəli nümayəndələri olmaqla yeddi üzvü ölüb.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə HƏMAS teleqramda bildirib.

Siyasi büro sədrinin müavini Saleh əl-Arurinin ölümünü etiraf edən Fələstin təşkilatı insidentdə ümumilikdə yeddi nümayəndəsinin həlak olduğunu açıqlayıb.

Onların arasında "İzzəddin əl-Qəssam" briqadasının komandiri Əbu Amer kimi tanınan Samir Fəndi də olub.

Xatırladaq ki, daha öncə Livan mətbuatında ölkənin paytaxtının şəhərətrafına dron hücumuna dair məlumat yayılmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR