• Bakı 15° C

    7.38 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Harris Trampı az fərqlə qabaqlayır

DÜNYA

23 Sentyabr 2024 | 16:30 | Müəllif: Əli Hüseynov

Harris Trampı az fərqlə qabaqlayır

ABŞ-də aparılan sorğu göstərir ki, noyabrın 5-də keçiriləcək prezident seçkilərində Demokratlar Partiyasının namizədi Kamala Harris Respublikaçılar Partiyasının namizədi Donald Trampı cüzi fərqlə qabaqlayır.

Bakıvaxtı.az CBS News və YouGov-un ABŞ-da 18-20 sentyabr tarixləri arasında keçirdiyi sorğuya istinadla xəbər verir ki, 3 min 129 qeydiyyatda olan seçicidən noyabrın 5-də keçiriləcək prezident seçkiləri ilə bağlı fikirləri soruşulub.

Sorğunun nəticələri Harrisə verilən səslərin 52 faizə çatdığını və 48 faiz dəstək alan Trampı 4 faiz qabaqladığını göstərib.

Məlum olub ki, namizədin şəxsi xüsusiyyətlərinə üstünlük verən seçicilər Harrisə səs verib, Trampı dəstəkləyənlər isə namizədin siyasətinə diqqət yetiriblər.

Əli Hüseynov

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR