• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Haniyənin cənazəsi Qətərdə dəfn edilib

DÜNYA

02 Avqust 2024 | 16:57 | Müəllif: Əli Hüseynov

Haniyənin cənazəsi Qətərdə dəfn edilib

İranın paytaxtı Tehranda qətlə yetirilən HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə üçün Qətərin paytaxtı Dohada dəfn mərasimi keçirilib.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, dünən axşam saatlarında Tehrandan Qətərə gətirilən Haniyənin cənazəsi morqdan çıxarılaraq məscidə gətirilib.

Cümə namazından sonra Haniyə üçün dəfn mərasimi keçirilib.

Dəfndən sonra dövlət və hökumət nümayəndələri onun ailə üzvlərinə başsağlığı verib.

Xatırladaq ki, İ.Haniyə ötən gün Tehranda qaldığı evə endirilən raket zərbəsi nəticəsində öldürülüb.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026