• Bakı 23° C

    5.17 m/s

Göygöldəki qəzada xəsarət alan QADINLARIN SON DURUMU

CƏMİYYƏT

16 Sentyabr 2026 | 11:58 | Müəllif: Günəş Mərd

Göygöldəki qəzada xəsarət alan QADINLARIN SON DURUMU

Göygöl rayonununda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (qadın) 16.09.2026-cı il tarixində saat 10:20 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunub. 

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. 

"Müxtəlif bədən xəsarətləri alan və vəziyyətləri orta ağır qiymətləndirir. Pasiyentlərin müayinə və müalicəsi xəstəxananın müvafiq şöbəsində davam etdirilir", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qəza baş verib. Hərəkətdə olan “Chevrolet” markalı minik avtomobili idarəetmədən çıxaraq yoldan kənara aşıb. Qəza nəticəsində 3 nəfər – 2005-ci il təvəllüdlü A.Rzaxanova, 1994-cü il təvəllüdlü G.Quluzadə və 1991-ci il təvəllüdlü T.Babazadə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026