• Bakı 21° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Göyçay məscidində insident - Həbs edilən var

HADİSƏ

26 Dekabr 2022 | 17:31

Göyçay məscidində insident - Həbs edilən var

Göyçay şəhəri, Rəsul Rza küçəsində yerləşən mərkəzi məsciddə insident baş verib.

Bakıvaxtı.az xəbər verir ki, məscidə gələn 1974-cü il təvəllüdlü Zülfüqar Şıxbabayev (şərti ad-soyadlı) məsciddəki möhürləri yerə ataraq söyüş söyməyə, qışqıraraq səs-küy salmağa başlayıb. O, saxlanılaraq polis şöbəsinə aparılıb və barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib.

Məhkəmədə Z.Şıxbabayev heç kimi təhqir etmədiyini deyərək barəsində bildirilənlərin əsassız olduğunu bildirib.

Məscidin nümayəndəsi isə Rəsul Rza küçəsində yaşayan həmin şəxsin məscidə gələrək oradakı möhürləri yerə atdığını və onları söyərək təhqir etdiyini bildirib.

Göyçay Rayon Məhkəməsinin qərarı ilə Z.Şıxbabayevə 25 sutka inzibati həbs cəzası verilib. /Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Oktyabr 2026