• Bakı 12° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Gorusda silahlı atışma: yaralanan var

DÜNYA

02 Fevral 2024 | 23:48 | Müəllif: Subhan Mahmudov

Gorusda silahlı atışma: yaralanan var

Gorus şəhərində silahlı atışma baş verib.

Bakıvaxtlzaz xəbər verir ki, bu barədə “Şamşyan.com” məlumat yayıb.

Bildirilib ki, gündüz saatlarında Zəngəzur vilayətinin polis idarəsinə ərazidə atışma baş verməsi barədə məlumat daxil olub.

Hüquq-mühafizə orqanları ərazidə gilizlər, qan izləri, BMV avtomobili və güllə izləri aşkar ediblər. Polis müəyyən edib ki, güllə yarası ilə bir nəfər Gorus Tibb Mərkəzinə aparılıb.

Hadisə ilə bağlı Gorus İstintaq İdarəsi “Qəsdən adam öldürməyə cəhd” maddəsi ilə cinayət işi açıb.

Hadisə şahidləri iddia edirlər ki, iştirakçılar arasında Zəngəzurun keçmiş qubernatorunun qardaşı Surik Xaçatryanın sürücüsü də olub.

Zərərçəkənin və BMV-nin sahibinin şəxsiyyəti müəyyənləşdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026