• Bakı 23° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Goranboyda gənc qadını avtomobil vurub

HADİSƏ

30 Aprel 2021 | 19:31

Goranboyda gənc qadını avtomobil vurub

Goranboyda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Bakıvaxtı.az  xəbər verir ki, hadisə rayonun Qızılhacılı qəsəbəsində qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən, Cəlilabad rayon sakini, 2000-ci il təvəllüdlü Aysun Sədrəddin qızı Kərimovanı avtomobil vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada elə hadisəni törətməkdə şübhəli bilinən sürücü tərəfindən xəstəxanaya çatdırılıb.

A.Kərimovanın vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026