• Bakı 12° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

General terror aktı nəticəsində öldürüldü

DÜNYA

10 Avqust 2023 | 16:49

General terror aktı nəticəsində öldürüldü

Yəmən ordusunun briqada generalı Əbdül Lətif əl-Seyid "Əl-Qaidə" terror təşkilatı üzvlərinin silahlı hücumu nəticəsində öldürülüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Al Hadath” telekanalı məlumat yayıb.

Kanalın məlumatına görə, generalı müşayiət edən şəxslər də öldürülüb. Hadisə nəticəsində öldürülənlərin dəqiq sayı barədə məlumat verilməyib.

Qeyd olunub ki, Yəmənin cənubunda generalın avtomobil karvanı silahlı terrorçular tərəfindən partladılıb. Qətlə yetirilən general Əl-Seyid ölkənin cənubunda yerləşən Abyan əyalətinin təhlükəsizliyin təmin edilməsinə cavabdeh idi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026