• Bakı 10° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Gəncədə evdən 18 min manatlıq oğurluq edildi

HADİSƏ

21 May 2021 | 13:40

Gəncədə evdən 18 min manatlıq oğurluq edildi

Gəncə şəhərində oğurluq olub.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 12-də Gəncə şəhəri ərazisindəki evlərin birindən 200 manat pul, 13 500 manat dəyərində qızıl-zinət əşyaları, 4350 manat dəyərində 5 ədəd qol saatı və gümüş əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Cəfərov saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR