• Bakı 12° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Fransada bütün işçilər ümummilli tətilə çağırıldı

DÜNYA

08 Oktyabr 2023 | 18:34 | Müəllif: Subhan Mahmudov

Fransada bütün işçilər ümummilli tətilə çağırıldı

Fransanın aparıcı həmkarlar ittifaqları - Ümumi Əmək Konfederasiyası (CGT) və Fransa Demokratik Əmək Konfederasiyası (CFDT) bütün işçiləri oktyabrın 13-də ümummilli tətilə çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə həmin təşkilatların rəhbərləri “La Tribune Dimanche” qəzetinə birgə müsahibədə bildiriblər.

“Biz hər yerdə işçiləri işəgötürənlərə təzyiq göstərmək üçün oktyabrın 13-də tətilə çıxmağa çağırırıq”, - CGT rəhbəri Sofi Binet qeyd edib.

CFDT-nin baş katibi Marilize Leonun sözlərinə görə, oktyabrın 13-də “həddini aşmadan məsuliyyətlə hərəkət etmək lazımdır”.

Binet və Leon bildiriblər ki, əsas tələblər maaşların artırılması, kişilər və qadınlar arasında əmək haqqı bərabərliyinin yaradılması olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026