• Bakı 23° C

    6.99 m/s

Ermənistan Rusiyadan Aİİ-yə şikayət etdi 

DÜNYA

08 Sentyabr 2026 | 16:00 | Müəllif: Günəş Mərd

Ermənistan Rusiyadan Aİİ-yə şikayət etdi

Ermənistan Rusiyanın ölkə məhsullarının idxalına tətbiq etdiyi məhdudiyyətlərlə bağlı Avrasiya İqtisadi İttifaqına (Aİİ) müraciət edib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistan iqtisadiyyat nazirinin müavini Tiqran Qasparyan bildirib.

Onun sözlərinə görə, İrəvan məhdudiyyətlərin Aİİ çərçivəsindəki razılaşma və prinsiplərə zidd olduğunu düşünür və onların aradan qaldırılması üçün ittifaqın mexanizmlərindən istifadə edir.

Qeyd edək ki, Rusiya may-iyun aylarında Ermənistandan gül, tərəvəz, meyvə, üzüm, kartof, quru meyvə, diri balıq və balıq məhsullarının idxalına müxtəlif məhdudiyyətlər tətbiq edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026
18 Sentyabr 2026