• Bakı 19° C

    5.77 m/s

  • USD - 1.7

    EUR - 1.9782

    RUB - 2.3386

Ermənistan-Azərbaycan sərhədi nə vaxt açılacaq? - Vaxt bəlli oldu

CƏMİYYƏT

19 May 2026 | 20:34

Ermənistan-Azərbaycan sərhədi nə vaxt açılacaq? - Vaxt bəlli oldu

Türkiyə-Ermənistan sərhədi respublikada 7 iyunda keçiriləcək parlament seçkilərindən sonra açılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Bakının Ankaradakı səfiri Rəşad Məmmədov Türkiyənin "Cümhuriyyət" qəzetinə verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, 7 iyun seçkilərindən sonra Ermənistan nümayəndələri konstitusiyaya dəyişiklik edəcək və referendum keçirəcəklər.

Səfir əlavə edib ki, "Bundan sonra Ermənistanla Türkiyə, eləcə də Ermənistanla Azərbaycan arasında sərhədlər açılacaq".

Məmmədov qeyd edib ki, Bakı Ermənistanla Türkiyə arasında münasibətləri normallaşdırır. O, iddia edib ki, Azərbaycanın Qarabağ üzərində nəzarəti ələ keçirməsi Türkiyə ilə Ermənistan arasında sərhəd keçid məntəqələrinin açılmasına ümid yaradıb.


SON XƏBƏRLƏR

19 May 2026