• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ərdoğan Körfəz ölkələrinə gedəcək

DÜNYA

05 Avqust 2023 | 11:13

Ərdoğan Körfəz ölkələrinə gedəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqust ayında Körfəz ölkələrinə səfər çıxmağı planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “CNN Turk” məlumat yayıb.

Bildirilib ki, Rəcəb Tayyib Ərdoğanın avqust ayında Bəhreyn, Oman, Küveyt və İraqa səfər edəcəyi gözlənilir.

İnfomasiyaya əsasən, Rəcəb Tayyib Ərdoğan sentyabrda “Böyük-20”liyin (“G-20”) sentyabrın 9-10-da Hindistanda keçiriləcək sammitində, sentyabrın 18-19-da isə ABŞ-a səfər edərək BMT Baş Assambeyasının sessiyasında iştirak edəcək. Məlumata görə, sentyabr ayında onun Almaniyaya səfəri də planlaşdırılıb.

Xatırladaq ki, o, bir müddət əvvəl Səudiyyə Ərəbistanın, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfər edib. BƏƏ-də 50,7 milyard dollar dəyərində 13 müqavilə imzalanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026