• Bakı 31° C

    1.92 m/s

  • USD - 1.7

    EUR - 1.9591

    RUB - 2.0816

 Əraqçi: Hazırda ABŞ ilə heç bir danışıqlar aparmırıq

DÜNYA

09 Avqust 2026 | 12:45

 Əraqçi: Hazırda ABŞ ilə heç bir danışıqlar aparmırıq

İran hazırda ABŞ ilə heç bir danışıqlar aparmır və Hörmüz boğazının açılması müəyyən şərtlərdən asılıdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

Onun sözlərinə görə, vasitəçilər danışıqlar yollarını yenidən tapmaq üçün səylərini davam etdirirlər. Lakin ABŞ razılaşma memorandumunun pozulması hallarını aradan qaldırmayana və vurduğu ziyanı kompensasiya etməyənədək danışıqların bərpası mümkün deyil.

XİN rəhbəri, həmçinin Hörmüz boğazında yeni dəniz marşrutunun müəyyən edilməsi ilə bağlı Omanla danışıqların son mərhələdə olduğunu diqqətə çatdırıb. Mütəxəssislər köhnə marşrutların yeniləri ilə əvəzlənməsi üzərində işləyirlər.

"Lakin bu, Hörmüz boğazının açılması demək deyil. Razılaşma əldə oluna bilər, lakin boğazın açılması bir sıras şərtlərdən asılıdır", — deyə A.Əraqçi vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Avqust 2026