• Bakı 22° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Yüzlərlə pizza sifariş verdi, saxlanıldı 

DÜNYA

08 Sentyabr 2026 | 10:15 | Müəllif: Günəş Mərd

Yüzlərlə pizza sifariş verdi, saxlanıldı

Polşada 23 yaşlı şəxs yüzlərlə saxta pizza sifarişi verdiyinə görə saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, Polşanın Kibercinayətkarlıqla Mübarizə üzrə Mərkəzi Bürosunun məlumatına görə, Şetsin şəhərindən olan şəxs izləmə, şəxsiyyət saxtakarlığı və bir neçə şirkətə ciddi maliyyə zərəri vurmaqda şübhəli bilinir.

Müstəntiqlər bildiriblər ki, yüzlərlə pizza başqa şəxslərin adından sifariş edilərək təsadüfi ünvanlara göndərilib. Adlarından istifadə edilən şəxslərin isə sifarişlərdən xəbəri olmayıb.

İstintaq çərçivəsində sifarişlərin necə verildiyi və ünvanların hansı səbəbdən seçildiyi açıqlanmayıb.

Şübhəli şəxs təqsirli bilinərsə, 8 ilədək həbs cəzası ala bilər.

Murad İsmayıl 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR