• Bakı 12° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Tanınmış şair VƏFAT ETDİ - FOTO

CƏMİYYƏT

17 Fevral 2022 | 10:04 | Müəllif: Qalib İbrahimoğlu

Tanınmış şair VƏFAT ETDİ - FOTO

Azərbaycan Yazıçılar Birliyinin üzvü Ənvər Əhməd vəfat edib.

Bakıvaxtı.az xəbər verir kİ, bu barədə onun yaxınları bildirib.

Qeyd edək ki, Ənvər Əhməd (Ənvər Misir oğlu Əhmədov)  8 avqust 1943-cü ildə Ağcabədi rayonu, Salmanbəyli kəndində anadan olub.

Ağcabədinin 5 saylı şəhər orta məktəbində orta təhsil alandan sonra Bakı Statistika Texnikumunu bitirib (1961). Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etdirib (1963-1968)."M. Ə. Sabirin poetikası" mövzusunda dissertasiya müdafiə edib (1982). AMEA Ədəbiyyat İnstitutunda doktorluq dissertasiyasını tamamlayıb.

Şair, tərcüməçi, ədəbiyyatşünas, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1982), Azərbaycan Milli Yaradıcılıq Akademiyasının doktoru (1992), "Tərəqqi"medalı və "Qızıl qələm" mükafatı laureatı, beynəlxalq dərəcəli fəlsəfə və filologiya doktoru, professor (2000), Beynəlxalq Kadrlar Akademiyasının həqiqi üzvü (2001), Xankəndi Pedaqoji Universitetin keçmiş rektoru olan Ənvər Əhməd 78 yaşında dünyasını dəyişib.

Allah rəhmət eləsin.

Aytac Aslan


Tanınmış şair VƏFAT ETDİ - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026