• Bakı 22° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Emin Əmrullayevdən müəllimlərin sertifikatlaşdırılması ilə bağlı AÇIQLAMA

CƏMİYYƏT

14 Sentyabr 2026 | 16:00 | Müəllif: Əli Hüseynov

Emin Əmrullayevdən müəllimlərin sertifikatlaşdırılması ilə bağlı AÇIQLAMA

“Sertifikasiya Azərbaycan təhsili üçün müsbət addım idi. Demək olar ki, ibtidai sinfə gedən şagirdlərin hamısına sertifikatlaşdırmadan keçən müəllimlər dərs keçirlər”.

Bakıvaxtı.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Nazir bildirib ki, təhsilin keyfiyyətinin yüksəldilməsi üçün müəllimlərə qarşı tələblər də artırılmalıdır.

“Əgər təhsilin keyfiyyətli olmasını istəyiriksə, müəllimlərdən də yüksək tələblər gözləməliyik”, - deyə Emin Əmrullayev vurğulayıb.

Nazirin sözlərinə görə, yaxın günlərdə Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) tərəfindən sertifikatlaşdırmanın növbəti mərhələsi ilə bağlı məlumat veriləcək.

O qeyd edib ki, növbəti sertifikatlaşdırmada suallarda daha çox oxu bacarıqlarına diqqət yetiriləcək.

Emin Əmrullayev, həmçinin müəllimlərin əməkhaqqı ilə bağlı yeni yanaşmaların tətbiq ediləcəyini açıqlayıb:

“Həmçinin maaş yanaşmaları ilə bağlı da yeniliklər olacaq. Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026