• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Əli Əsədov Şimali kiprli həmkarı ilə görüşdü

SİYASƏT

07 Iyun 2024 | 18:30 | Müəllif: Subhan Mahmudov

Əli Əsədov Şimali kiprli həmkarı ilə görüşdü

İyunun 7-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töre ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, görüşdə TÜRKPA-nın Bakıda keçirilən 13-cü plenar iclasının əhəmiyyəti vurğulanıb.

Türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrinin möhkəmləndirilməsi və genişləndirilməsində Türk Dövlətləri Təşkilatının rolu xüsusi qeyd edilib.

Görüşdə Azərbaycan Respublikası ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026