• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Əli Əsədov QƏRAR İMZALADI

CƏMİYYƏT

12 Aprel 2022 | 18:41 | Müəllif: Subhan Mahmudov

Əli Əsədov QƏRAR İMZALADI

Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış qaydaları təsdiq edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərar “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunun tətbiqi və “Avtomobil nəqliyyatı haqqında” Qanunun tətbiq edilməsi barədə” Prezidentin Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Prezidentinin Fərmanının icrasını təmin etmək məqsədilə hazırlanıb.

Qərarla təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları” “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Qanununun 50.6-cı maddəsinə uyğun olaraq avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən hüquqi şəxslər və fərdi  sahibkarlar üçün işgüzar nüfuz, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarları və bu daşımalarda iştirak edən sürücülərin hazırlıq səviyyəsinə dair tələbləri müəyyən edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026