• Bakı 24° C

    5.03 m/s

"Əkiz qüllələr"də həlak olan tək azərbaycanlı GÖRÜN KİM İMİŞ - FOTOLAR 

CƏMİYYƏT

15 Sentyabr 2026 | 11:42 | Müəllif: Əli Hüseynov

"Əkiz qüllələr"də həlak olan tək azərbaycanlı GÖRÜN KİM İMİŞ - FOTOLAR

2001-ci il sentyabrın 11-də ABŞ-də baş verən terror aktı minlərlə insanın həyatını alt-üst etdi. Həmin faciədə həyatını itirənlər arasında Azərbaycanda, Bakıda doğulan Daniel İlkanayev də vardı. Onun həyat hekayəsi 11 sentyabrın qlobal faciəsinin Azərbaycanla kəsişən ən ağrılı səhifələrindən biridir.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, həlak olanlar arasında müxtəlif ölkələrdən olan insanlar, o cümlədən Azərbaycanda doğulan Daniel İlkanayev də yer alıb.

Daniel İlkanayev 22 dekabr 1964-cü ildə Bakıda anadan olub. O, Bakı Dövlət Universitetində tətbiqi riyaziyyat üzrə təhsil alıb. Gənclik illərindən müxtəlif sahələrə maraq göstərən Daniel proqramlaşdırma ilə yanaşı jurnalistikaya da həvəs göstərib, universitet illərində qəzetlərdə məqalələri dərc olunub.

Şahmatla məşğul olan Daniel idmana, xüsusilə də döyüş sənətlərinə böyük maraq göstərib. Onun haqqında xatirələrdə intellektual maraqları ilə yanaşı, fəal həyat tərzinə malik, insanlarla ünsiyyəti sevən və kömək etməyə hazır bir şəxs kimi bəhs olunur.

Daha sonra ABŞ-yə köçən Daniel İlkanayev peşəkar fəaliyyətini informasiya texnologiyaları sahəsində davam etdirib. O, "Cantor Fitzgerald" şirkətinin E-Speed bölməsində informasiya sistemləri üzrə menecer və proqramlaşdırma mütəxəssisi kimi çalışıb.

11 sentyabr 2001-ci il isə onun həyatının son günü olub...

Daniel həmin səhər Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin Şimal qülləsində – 104-cü mərtəbədə yerləşən iş yerində olub. Terrorçular tərəfindən qaçırılan təyyarələrdən biri qülləyə çırpıldıqdan sonra baş verən faciə nəticəsində Daniel də həyatını itirib.  

O, cəmi 36 yaşında idi.

Murad İsmayıl


"Əkiz qüllələr"də həlak olan tək azərbaycanlı GÖRÜN KİM İMİŞ - FOTOLAR"Əkiz qüllələr"də həlak olan tək azərbaycanlı GÖRÜN KİM İMİŞ - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026