• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Deputat səhvən özünü güllələdi

DÜNYA

01 Aprel 2025 | 20:07 | Müəllif: Subhan Mahmudov

Deputat səhvən özünü güllələdi

Çelyabinsk deputatı Pavel İzbrext atıcılıq klubunda silahı doldurarkən səhvən özünü güllələyib. 

Bakıvaxtı.az  xəbər verir ki, hadisə Dolqoderevenskoye kəndindəki "Tsarskaya Oxota" klubunda baş verib. 46 yaşlı İzbrext ölümcül yaralandığından onun həyatını xilas etmək mümkün olmayıb.  

İzbrext 2014-cü ildən Çelyabinsk Sink Zavoduna rəhbərlik edir. 2021-ci ilin payızından o, regional qanunvericilik məclisinin Sənaye Siyasəti Komitəsinin üzvüdür və bu yaxınlarda Çelyabinsk vilayətinin Sənaye Nazirliyi yanında ictimai şuranın sədri təyin edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026