• Bakı 23° C

    8.16 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Cüdoçularımız ilk görüşlərində qələbə qazandı

İDMAN

07 Mart 2021 | 12:22

Cüdoçularımız ilk görüşlərində qələbə qazandı

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirində bu gün Azərbaycanın 3 cüdoçusu tatamiyə çıxıb.

Bakıvaxtı.az azvision.az-a istinadən xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan Məmmədəli Mehdiyev ilk görüşündə qırğızıstanlı Erlan Şerova ipponla qalib gəlib. Onun 1/8 finalda rəqibi böyük britaniyalı Maks Stüart olacaq.

100 kq-dan yuxarı çəkidə yer alan Uşangi Kokauri 1/16 finalda italiyalı Vinçentso D Arkonu 2 dəqiqə 38 saniyəyə ipponla məğlub edib. Onun növbəti rəqibi rusiyalı Anton Krivobokov olacaq.

100 kq çəkidə isə Aslan Mirzəyev 1/16 finala təsadüf edən ilk görüşündə monqolustanlı Otqonbatar Lxaqvasurenlə qarşılaşacaq.

Qeyd edək ki, "Böyük Dəbilqə"yə bu gün yekun vurulacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026