Bakıda və Abşeron yarımadasında on illərdir həllini gözləyən sənədsiz evlər problemi ilə bağlı yeni mərhələ başlayır.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Orucun açıqlamaları, bu sahədə genişmiqyaslı “əmlak amnistiyası”nın anonsu kimi qiymətləndirilir. Təxminən 500 mindən çox daşınmaz əmlakın taleyini müəyyənləşdirəcək bu proses həm vətəndaşların mülkiyyət hüquqlarının tanınması, həm də iqtisadi dövriyyənin canlanması baxımından böyük əhəmiyyət kəsb edir.
Bakıvaxtı.az xəbər verir ki, mövzu ilə bağlı NOCOMMENT.az-a danışan tikinti sahəsi üzrə ekspert Camal Abışov bildirib ki, sənədləşmə prosesinin sürətlənməsi tikinti sektorunda şəffaflığı təmin edəcək əsas amildir: “Uzun müddətdir ki, çıxarışı olmayan evlər həm dövlət büdcəsinə daxilolmalar, həm də vətəndaşların əmlak üzərində sərəncam vermək imkanları qarşısında bir sədd idi. Vüqar müəllimin qeyd etdiyi 15 günlük cavab müddəti vətəndaşın vaxt itkisinin qarşısını alacaq. Bu, əslində dövlətin vətəndaşa ‘mülkiyyətinə sahib çıx’ çağırışıdır”.
Bakı 




