• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Çin və ABŞ arasında çip müharibəsi

DÜNYA

23 May 2023 | 16:18

Çin və ABŞ arasında çip müharibəsi

ABŞ və Çin arasında, xüsusilə koronavirus epidemiyası zamanı başlayan çip müharibəsi davam edir.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki. bu dəfə Çin Amerikanın çip nəhəngi Micron Technology tərəfindən istehsal edilən məhsulların milli təhlükəsizlik riski yaratdığını bildirərək kritik layihələrə qadağa qoyulduğunu açıqlayıb.

Bu o deməkdir ki, firmanın çipləri dünyanın ikinci ən böyük iqtisadiyyatında iri infrastruktur layihələrində qadağan olunacaq. Bu addım Çinin ABŞ çip istehsalçısına qarşı ilk böyük addımıdır.

"İcmal Micron məhsullarının Çinin kritik informasiya infrastrukturunun təchizat zəncirinə əhəmiyyətli təhlükəsizlik riskləri yaradan və Çinin milli təhlükəsizliyinə təsir edən ciddi şəbəkə təhlükəsizliyi riskləri yaratdığını göstərdi", - deyə Çin Kiberməkan Administrasiyasının bəyanatında qeyd olunur.

Qeyd edək ki, CAC tapdığını söylədiyi risklərin təfərrüatlarını və ya hansı Micron məhsullarını tapdığını açıqlamayıb.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026