• Bakı 20° C

    8.44 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Cəlilabadda qəza: Yaralılar var

HADİSƏ

24 May 2023 | 08:54 | Müəllif: Qalib İbrahimoğlu

Cəlilabadda qəza: Yaralılar var

Ələt-Astara avtomobil yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, minik avtomobilinin "KamAZ" markalı yük avtomobilinə çırpılması nəticəsində Lənkəran şəhər sakinləri 1971-ci il təvəllüdlü Xalidə Quliyeva, 1971-ci il təvəllüdlü İlhamə Quliyeva və 1998-ci il təvəllüdlü Əsəd Quliyev xəsarət alıblar.

Yaralılar xəstəxanaya aparılıb. 

Faktla bağlı araşdırma aparılır./report.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Oktyabr 2026