• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Cəlilabadda qəza: yaralılar var

HADİSƏ

26 Mart 2023 | 12:21 | Müəllif: Subhan Mahmudov

Cəlilabadda qəza: yaralılar var

Cəlilabad rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Qarazəncir kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, minik avtomobilinin aşması nəticəsində rayon sakinləri - 2004-cü il təvəllüdlü Rəvan Babayev, 1993-cü il təvəllüdlü Ramiz İbayev və 2005-ci il təvəllüdlü Sahil Əhmədov xəsarət alıblar. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026