• Bakı 20° C

    8.44 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Biləsuvarda partlayışda xəsarət alan azyaşlı Bakıya təxliyə edildi

HADİSƏ

24 Aprel 2023 | 23:22 | Müəllif: Subhan Mahmudov

Biləsuvarda partlayışda xəsarət alan azyaşlı Bakıya təxliyə edildi

Biləsuvar rayonu, Heydər Əliyev prospekti 5 ünvanında yerləşən yaşayış binasında partlayış baş verməsi səbəbilə 2 nəfər (1-i qadın cinsi - 2009-cu il təvəllüdlü, 1-ci kişi cinsi olmaqla - 2013-cü il təvəllüdlü) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bu barədə Bakıvaxtı.az-a TƏBİB-dən bildirilib.

Diaqnozları başın və bədən səthinin yanığı, yuxarı tənəffüs yollarının yanığı olan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır olan 2009-cu il təvəllüdlü pasiyentin müalicəsinə tibb müəssisəsində davam edilir.

Vəziyyəti ağır olan 2013-cü il təvəllüdlü pasiyent isə hazırda Bakıda yerləşən müvafiq tibb müəssisəsinə təxliyə edilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Oktyabr 2026