Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Məmmədli Davud Fuad oğlu xidmətdə olarkən baş vermiş bədbəxt hadisə nəticəsində vəfat edib.
Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır: "Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Allah rəhmət eləsin!"
09:33
Azərbaycanda əsgəri ildırım vuraraq öldürüb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissədə qeydə alınıb. Sözügedən hərbi hissədə xidmət edən Bakı şəhər sakini 20 yaşlı Davud Məmmədli postda olan zaman ildırım vurub.
Nəticədə o, hadisə yerində dünyasını dəyişib.









png-1687461136.webp)







